BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
19242

İcbari Sığorta Bürosu (İSB) elektron formada xidmət göstərə bilməmək və rəqəmsallaşma prosesini yekunlaşdırmamaqla bağlı tənqid olunur.

Valyuta.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bununla bağlı fikirlərini bölüşüb.

O bildirib ki, İSB həm şəxsi kabinet formalaşdırıb, həm də şəxsi məlumatları yenidən tələb edir: “Heç bir icbari sığorta növünü elektron formada əldə etmək mumkün deyil. Sığorta şirkətlərində, konkret “Atəşgah”da “Avtomobilin icbari sığortası” xidmətini yeniləmək imkanı yaradılmayıb. Onlayn formada xidməti yenidən əldə etmək imkanı yaradılsa da, sistem işləmir.

Sığorta şirkətinə müraciət etdikdə isə məlum olur ki, İcbari Sığorta Bürosu ötən il qanunvericiliyə edilən dəyişikliyi icra etmək üçün əndrabadi bir mexanizm hazırlayıb. Daş dövrünün münasibətlərinə oxşayır. İSB sığorta şirkətlərindən xidməti almaq istəyənlərin sənədlərini - şəxsiyyət, sürücülük vəsiqələrini, hətta etibarnaməni tələb edir, xeyli sayda fərdi məlumatları toplayır. Məlumatlar imeyl və vatsap vasitəsilə toplanır. Bu məlumatlar İSB-də təsdiqlənmədən heç bir sığorta şirkəti xidmət göstərə bilmir”.

O.Gündüz qeyd edib ki, İSB hələ iki il öncə, pandemiya dövründə vətəndaşlara şəxsi kabinet formalaşdırmaq imkanı yaradıb: “Hətta, ASAN imza ilə giriş imkanı da yaradılıb. Amma bu xidmətin hazırda hər hansı əhəmiyyəti görsənmir, buradan sığorta şirkətlərinə çıxış imkanları, başa çatan sığortanın yenilənməsi, onlayn xidmətlər və s. heç bir imkan yoxdur, 5 icbari sığorta növünün heç biri elektronlaşmayıb. Yəni, şəxsi kabinet sadəcə görüntü xatirinə, sadəcə məlumatlara baxmaq üçün formalaşdırıb”.

Osman Gündüz bildirib ki, şəxsi kabinetdə, elektron formada informasiyalar olduğu halda, ASAN imza ilə sistemə daxil olandan sonra İSB yenidən bu məlumatları imeyl və vatsap üzərindən tələb edir: “Absurd bir vəziyyətdir. Belə görünür ki, İSB irəliyə getmək, əlavə xidmətlər və imkanlar yaratmaq, digər sistemlərə inteqrasiya etmək əvəzinə geri gedib. Nə üçün elektron formada mövcud olan informasiyaları yenidən vətəndaşdan “scan” formada tələb edilməsi haqqında sualımıza isə İSB-də ağlabatan bir cavab verən tapılmadı. Görsənirdi ki, elə sığorta şirkətləri də mövcud situasiyadan narazıdırlar”.

“Ümid edirəm VXSİ (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – red.) Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və digər aidiyyatı qurumlar sığorta sektorunda rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün, sığorta xidmətlərinə əlçatanlığı artırmaq üçün əməli addımlar atacaqlar” – deyə Osman Gündüz bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin