Səhiyyə
04.10.2021 / 11:02
“COVİD-19”a ən çox hansı yaş qrupunda olan şəxslər yoluxur? - STATİSTİKA
18730
Ölkədə COVID-19-a yoluxanların yaş qrupları üzrə bölgüsü açıqlanıb.
Valyuta.az-ın Koronavirusinfo.az-a istinadən məlumatına görə, virusa ən çox yoluxanlar 21 faiz olmaqla 30-39 yaş arası şəxslərdir.
Bu rəqəm 0-9 yaş arası uşaqlarda 3, 10-19 yaş arası uşaq və yeniyetmələrdə 6, 20-29 yaş qrupunda 16, 40-49-yaş qrupunda 15, 50-59 yaşlı şəxslərdə 18, 60-69 yaşlı şəxslərdə 15, 70-79 yaşlı şəxslərdə 4, 80-dən yuxarı yaş qrupunda isə 2 faizdir.
Qeyd edək ki, ölkə üzrə 485 min 987 nəfər koronavirusa yoluxub, 6573 nəfər həyatını itirib. Hazırda aktiv xəstə sayı 14 min 803 nəfərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay