Azərbaycanda hansı xəstəlik ölümə səbəb olur? - Həkim açıqladı
Azərbaycanda digər ölkələrdəki kimi, ölümlərin əsas səbəbi olaraq ürək-damar xəstəlikləri birinci sıradadır.
Bunu aritmoloq, invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin "Instagram" hesabında "Ümumdünya Ürək Günü" mövsuzunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.
O bildirib ki, xəstəliklərdən ölümlərin 50 faizdən çoxunu ürək-damar xəstəlikləri təşkil edir:
"Poqnozlara görə, 2050-ci ilə kimi bu, aparıcı ölüm səbəbi olmağa davam edəcək. 2050-ci ildən sonra isə onkoloji xəstəliklərin önə çıxacağı ehtimal edilir. Bu, həmin xəstəliklərin artacağı mənasına gəlmir. Sadəcə, bu sahədə inkişaf sayəsində ürək-damar xəstəliklərindən ölümlərin azaldılacağı üçün onkoloji xəstəliklərdən ölüm ön plana çıxacaq".
Qeyd edək ki, rəsmi statistikaya görə, 2020-ci ildə Azərbaycanda ölənlərin sayı 75647 nəfər olub.
Mənbə: Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay