Səhiyyə Nazirliyində kadr dəyişikliyi: Bu rəhbər şəxslər işdən çıxarıldı (SİYAHI)
Azərbaycanın səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev kadr islahatlarını davam etdirir.
Nazir vəzifəsini icra edən T.Musayev Səhiyyə Nazirliyində mühüm vəzifə tutan bir neçə şəxsi işdən çıxarıb.
Onların arasında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov, Beynəlxaq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samir Allahverdiyev, Ümumi şöbənin müdiri Ləman Əlizadə və QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova da var.
Teymur Musayevin vəzifədən uzaqlaşdırdığı şəxslər sırasına Zahid Qəribov da düşüb. Z.Qəribov nazirliyin Əsaslı Tkinti İdarəsinin rəisi idi və nazirlikdəki yeni tikilən, təmir edilən müəssisələrə nəzarət edirdi.
Mənbə: Musavat.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay