"Buzlu şüşə" COVID-19-a yoluxma mənasına gəlmir - Səhiyyə Nazirliyi
"KT (Kompüter Tomoqrafiya) müayinəsi zamanı əldə edilən buzlu şüşə görüntüsü yalnız COVID-19 infeksiya mənşəli pnevmoniyalarda əmələ gəlmir".
Valyuta.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy deyib. Onun sözlərinə görə, digər pnevmoniyalarda da buzlu şüşə görüntüsünə rast gəlinir:
"Sadəcə günümüzdə pandemiya səbəbi ilə bu nəticə daha çox COVID-19 ilə əlaqələndirilir. Mikrobioloji olaraq bir virusun təyini və təsdiqi üçün mütləq laborator müayinə aparılmalıdır. Əks halda bir infeksion xəstəliyin diaqnozu təsdiqlənmiş sayılmır".
Mütəxəssis həmçinin bildirib ki, hazırda ÜST-ün tövsiyəsinə görə COVID-19 xəstəliyinin təqibində bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır:
"Bura qanın ümumi analizi, eritrositlərin çökmə sürəti (EÇS), C-reaktiv zülal, ferritin, D-dimer, laxtalanma dəyərləri və xəstəliyin ağırlığından asılı olaraq prokalsitonin, IL-6 və s. testlər aiddir. Sağlamlıq üçün isə, vaksinasiya günümüzdə şərtdir. Pandemiyaya son qoymaq və normal həyatımızı daha tez bərpa etmək üçün peyvəndlənmədən başqa çıxış yolumuz yoxdur".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay