17.09.2021 / 16:39
Azərbaycanda koronavirusdan ölənlərin sayı azaldı – Yoluxanların sayı isə…
18321
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Valyuta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 468 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 493 nəfər müalicə olunaraq sağalıb, 6 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 199 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 781, ötən müddət ərzində isə ümumilikdə 4 715 715 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay