BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
18193

FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan Valyuta.az-a verilən xəbərə görə, Hospitalının baş həkimi İmran Ağayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri keçirilib.

Bunun nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış iş üzrə istintaq yekunlaşdırılıb. 

Belə ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla  COVİD-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə  şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezidentlər Şahbulaq qalasında olub (YENİLƏNİB)

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

"Ölümü"nü səhnələşdirən tikinti şirkətinin rəhbərinə hökm oxunub

Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"

Bu il Azərbaycana nə qədər turist gəlib?

Macarıstan Azərbaycana avtobus istehsalında əməkdaşlıq təklif edir

Xaricdən çayın kiloqramını neçəyə alırıq?

Bakıda üç məktəbin direktoru cəzalandırıldı

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Sabah bəzi yerlərdə 31 dərəcə isti olacaq

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Azərbaycanla Macarıstanın ticarət dövriyyəsi 40% artıb

İşçilərin sosial mediada ən çox etdiyi səhvlər

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Macarıstan Azərbaycandan daha çox təbii qaz almağı planlaşdırır

Magistr olmaq istəyənlərin nəzərinə!

Azərbaycanlı təsisçinin startapı beynəlxlaq mükafat qazanıb

Bakının məşhur məktəbi təmirə bağlanır - Şagirdlər bu təhsil ocaqlarına köçürülür

Neçə nəfərə sosial müavinət və təqaüd təyin olunub?

Vətəndaşlar Laçına şəxsi avtomobillə gedə biləcək

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?

Üç ayda bu məhsulun satışından 50 milyon dollardan çox gəlir əldə etmişik - Qiymətlər

Bu rayonlarda qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin