Əhalinin vaksinasiya səviyyəsinə görə Azərbaycan liderdir - HESABAT
Son statistik məlumatlara əsasən, əhalinin vaksinasiya səviyyəsi üzrə Azərbaycan MDB ölkələri arasında lider mövqedlərdə dayanır.
Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2022-2025-ci illər üçün makrofiksal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair” açıqlamasında əks olunub.
Qeyd edək ki, Azərbaycanda cari ilin 6 sentyabr tarixinə olan məlumata əsasən ölkə əhalisinin 43,0 faizi birinci doza, 28,4 faizi isə ikinci doza ilə peyvənd olunub.
Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatında əksini tapan digər mühüm bir məqam ondan ibarətdir ki, inkişaf etmiş ölkələrdə artıq ölkə əhalisinin 40,0 faizi peyvənd olunduğu halda, inkişafda olan ölkələrdə bu rəqəm 20 faizdən aşağıdır.
Vaksinasiya göstəricilərinə görə. beynəlxalq miqyasda ön sıraları aparıcı ölkələr bölüşürlər
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay