Əks-göstəriş sertifikatının verilməsi qaydası AÇIQLANDI
Əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər.
Valyuta.az xəbər verir ki, bu fikri 9 saylı Şəhər Poliklinikasının baş həkimi Aytən Qurbanova əks-göstəriş sertifikatının verilməsi ilə bağlı vətəndaşları maraqlandıran sualları cavablandırarkən səsləndirib.
A.Qurbanova bildirib ki, mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar və bunun əsasında sənədin əsaslığı yoxlanılır:
“Və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa) həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir”.
Bu sualı cavablandıran baş həkim qeyd edib ki, allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilirlər:
“Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər ki, vaksinin birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunur ki, şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı.
Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur”.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay