Azərbaycanda bu şəxslər də vaksinasiya oluna bilərlər - AÇIQLAMA
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Valyuta.az xəbər verir ki, birgə məlumatda deyilir:
Hazırda Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Bu gündən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər vaksinasiya oluna bilərlər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır.
Əlavə məlumat üçün bildiririk ki, immunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay