Azərbaycanda koronavirusun “Mu” ştammına yoluxanlar var? - AÇIQLAMA
Hazırda dünyada COVID-19-un “Britaniya”, “Delta”, “Delta+” varinatları iə yanaşı, “Mu” ştammı da yayılmaqdadır.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayev sorğuya cavab olaraq bildirib ki, hazırda Azərbaycanda koronaviruslu xəstələr arasında “Delta” ştammına yoluxanlar üstünlük təşkil edir.
A.Rzayev qeyd edib ki, müvafiq yoxlamalarda hələ ki yeni ştamm “Mu” aşkar edilməyib.
Onun sözlərinə görə, analizlər ilkin PZR testində pozitiv olaraq aşkar edilmiş şəxslərin daha sonrakı mərhələlərdə virus genomunun ardıcıllığının analizi ilə təyin edilir:
“Ölkəyə xaricdən daxil olan, ölkə ərazisində cluster tipli yoluxma görülən və şüphəli bilinən bütün nümunələr daimi toplanılaraq analiz edilir”.
Mənbə: Modern.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay