BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
17693

Ölkəmizdə orqan alveri qadağan olunsa da, bəzi hallarda vətəndaşlar gizli şəkildə bədən üzvlərini sataraq qanunları pozmuş olurlar.

Valyuta.az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, belə şəxslərdən biri də soyadı şərti olan Elvin İmanovdur.

O iddia edir ki, bir böyrəyini Hüseyn adlı şəxsə 30 min manata satıb və bu məbləğin 20 min manatını ala bilmir. 35 yaşlı Elvinin sözlərinə görə, böyrəyi oğlu Fazil üçün alan Hüseyn adlı şəxs ona puldan əlavə ev və avtomobil də söz verib.

Həmsöhbətimiz deyir ki, İran İslam Respublikasında baş tutan əməliyyatdan sonra pulunun 3/2 hissəsini hələ də ala bilmir: 

“30 min manatdan biz razılaşdıq. Mən başa düşdüm ki, bu imkanlı şəxsdir, ona görə razı oldum. Dedi ki, bundan əlavə sənə jurnalistlər binasının yanında ev, avtomobil verəcəyəm və səni özümə sürücü götürəcəyəm. Çünki hər ikimiz bilirdik ki, bir böyrəyimi itirəndən sonra mənim əmək qabiliyyətim itəcək”.

Bir böyrəyini satdıqdan sonra səhhətində kəskin problemlər yarandığını bildirən müsahibimiz deyir ki, hazırda işsizdir və tək ümid yeri böyrəyinə görə alacağı məbləğdir: 

“Hazırda məndə qanda kreatin yüksək olduğuna görə qanımda zəhərlənmə gedir və beləcə tək böyrəyim də sıradan çıxır. Mən hazırda bundan, Hüseyndən yerdə qalan məbləği, 20 min manatımı istəyirəm, tələb edirəm. Çünki mən pislik etməmişəm, yaxşılıq etmişəm. Mənim külli miqdarda borclarım var. Müalicə olunmalıyam və bundan əlavə də kirayədə qalıram”.

Araşdırmamız nəticəsində məlum oldu ki, oğluna böyrək almaqda adı keçən Hüseyn adlı şəxs əvvəllər müxtəlif vaxtlarda Səbail Rayon İcra hakimiyyətinin müavini, Binəqədi rayonunun icra başçısı və digər vəzifələrdə çalışmış Hüseyn Hüseynovdur.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün sabiq icra başçısı ilə əlaqə saxladıq. 

Hüseyn Hüseynov bildirdi ki, oğluna aldığı böyrəyə görə tələb olunan məbləği artıqlaması ilə ödəyib və Elvin adlı şəxsin 20 min manatlıq iddiası onun sürücü işinə düzəlmək sevdasından qaynaqlanır:

“Bulvarda saatın yanında bir çayçı var. Həmişə də söhbətimiz orda olub. Orda görüşdük. Bunun nə kəm-kəsiri var idi verdim. O, orda dedi ki, məni özünə sürücü götür. Dedim ki, qardaş, mən səni özümə sürücü götürə bilmərəm. Amma dostlardan bununla bağlı maraqlanaram. Kimə dedimsə, buna iş barəsində yiyə duran olmadı”.

Sabiq icra başçısı deyir ki, sürücü kimi iş tapa bilməyən Elvin ondan avtomobil almasını istəyib: 

“Sonra dedi ki, mənə 8 min manata bir avtomobil al ki, taksi kimi işləyim. Mən bu 8 minin 5 minini notarial qaydada verdim. 3 min manatını da gəldi həmin çayçıda verdim ona. Sonra dedi ki, bəs maşının qiyməti 12 min manatdır. Sonra getdi Binəqədidə tikinti materialları dükanım var. Göndərdim ora. Getdi 3 min manat da oradan götürdü”.

Kimin haqlı, kimin haqsız olduğunu bilməsək də, ortada bir həqiqət var. Orqan alveri. Bu isə qanunları çeynəməkdir. Həm orqanı alan üçün, həm də satan üçün...

Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bildirir ki, orqan transplantasiyası və orqanların köçürülməsi Azərbaycan Respublikasında qəbul olunmuş qanuna və Nazirlə Kabinetinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilir: 

“Orqan transplantasiyası üçün müvafiq xəstəxanaların, müvafiq klinikaların yerləri müəyyən edilib. Amma bu klinikalardan kənarda bu işi həyata keçirmək və pul ödənişləri müqabilində qanundan kənar yollarla orqan satmaq Azərbaycan Respublikasının Cinayət məcəlləsində müvafiq olaraq məsuliyyətə səbəb olur. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi orqan transplantasiyasına məcburetmə hallarında vətəndaş cinayət məcəlləsinə uyğun olaraq 3 ildən 5 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

Hüquqşünas bildirir ki, hər hansı bir məsələ ilə bağlı etibardan sui-istifadə etmə, aldatma dələduzluq hesab olunur və bunu edən şəxslər Cinayət məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin