BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
17555

“Bu gündən etibarən qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin xidmətlərindən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək”.

Valyuta.az xəbər verir ki, bu fikri Milli Məclisin iqtisadçı-deputatı Vüqar Bayramov səsləndirib. 

Nazirlər Kabinetinin yanındakı Operativ Qərargahın məlumatına istinadən indiyədək 6 milyon 805 min vətəndaşımızın peyvənd olunduğunu diqqətyə çatdıran deputat qeyd edib ki, onlardan 2 milyon 692 min nəfəri hər iki dozadan istifadə edib: 

“4 milyon 113 min vətəndaşımız isə yalnız bir doza peyvənd olunub. Bu o deməkdir ki, hər iki doza üzrə peyvənd olunanlar ümumi vaksinasiyadan keçənlərin hətta 40 faizni də təşkil etmir. Həmin kateqoriya üzrə digər 60 faizdən çox vətəndaşımız isə hələlik cəmi bir dəfə peyvənd oluna biliblər. Bu isə o anlama gəlir ki, əsasən qadağalar elan olunandan sonra vətəndaşlar arasında vaksinasiyaya meyl artıb. 

“Bloomberg” agentliyinin məlumatına görə isə, dünyada 183 ölkədə 5 milyard 310 milyon doza vaksin istifadə olunub. Azərbaycanda isə əhalinin 26.5 faizi hər iki dozadan istifadə edib”.

V.Bayramov əlavə edib ki, vaksinasiya səviyyəsinə görə ölkəmiz MDB-də Qazaxıstandan (28.7 %) sonra ikinci olsa da, hələlik mövcud peyvəndləşmə faizi ilə əvvəlki normal həyata qayıtmaq mümkün deyil: 

“Bu baxımdan, vaksinasiya prosesinin daha sürətləndirilməsi vacibdir. Yeni məhdudiyyətlərin tətbiqində məqsəd Azərbaycanda vaksinasiya prosesini sürətləndirməkdən ibarətdir. Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var. Bütün ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 passportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılmasına ehtiyac var”.

Millət vəkili düşünür ki, bu prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda növbələrin sayını və kənar müdaxilələri azaldar:

“Digər tərəfdən, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var”.

Millət vəkili qeyd edib ki, pandemiyanın ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı: 

“Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədə uyğun olardı. Bütün bunlar vaksinasıya prosesinin sürətləndirilməsinə dəstək ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu 2 şirkət xaricdə işə düzəltmək adı ilə vətəndaşların pulunu ələ keçirib

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

“Expressbank” 3 ayda 25 milyon depozit itirib, mənfəəti azalıb

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb

Prezident yeni nazir müavini təyin etdi

Prezident yeni nazir müavini təyin etdi

Mərkəzi Bank “PSG-Kapital”ın vəzifəli şəxsini cərimə edib

Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Keçid balları qaldırılır? (VİDEO)

“Günay Sığorta” kreditorlarına müraciət edib

Buraxılış imtahanlarına asan suallar salınır?

AQTA sədri: 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb

Yenidən qurulan Qarabağdan son görüntülər (VİDEO)

7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi

Kirayə evə görə vergini kim ödəməlidir?

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Türkiyə Mərkəzi Bankının sədri ilin ikinci yarısından inflyasiyanın azalacağını vəd edib

Birjalarda yatırım edən şəxslərin ən çox etdiyi səhvlər

Avro və lirə bahalaşıb – Məzənnə

Azərbaycan neftinin qiyməti 91 dollara düşüb

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik (VİDEO)

Bakının bu ərazisində söküntü: Bina tikiləcək (VİDEO)

Əhali sayına görə Çini geridə qoydular

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarıldı (FOTO)

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin