Səhiyyə
30.08.2021 / 17:28
Azərbaycanda koronavirusa yoluxma sayı azaldı: 3107 nəfər
17500
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 107 yeni yoluxma faktı qeydə alınıb, 1 770 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Valyuta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan xəbər verilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib. 52 613 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, bu günə qədər isə ümumilikdə 4 442 244 test icra olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay