Azərbaycanda illik 250 milyon qab dərman istehsal ediləcək
2021-ci ilin sonunadək Azərbaycanda illik 250 milyon qablaşdırma gücündə dərman preparatları istehsalına başlanılması planlaşdırılır.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayalov deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə zavodda 89 adda dərman buraxılacaq:
"Zavod sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün bir milyon qablaşdırmayadək dərman istehsal edəcək. MMC-də şəkərli diabetin profilaktikası üçün "diabeton" preparatının təkrar qablaşdırılmasının lokallaşdırılması planlaşdırılır. Bundan başqa, müəssisədə onkoloji, autoimmun, hematoloji və endokrin xəstəliklərin müalicəsi üçün müasir, yüksək səmərəli dərmanlar istehsal olunacaq".
R.Mirsayalov əlavə edib ki, gələcəkdə preparatların Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya ölkələrinə ixracı planlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay