Yaqut Qarayeva: Hazırda 18 pandemiya xəstəxanası fəaliyyət göstərir
“Hazırda ölkədə 18 pandemiya xəstəxanası fəaliyyət göstərir”.
“Valyuta.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, 11 müəssisə Bakı-Abşeronda, 7-si regionlardadır:
“Ehtiyat tibb müəssisələri mövcuddur. Bizdə modul tipli xəstəxanalar da daxil olmaqla 40-a yaxın pandemiya xəstəxanası fəaliyyət göstərirdi. Avqust ayının 1-də xəstəxanalarda cəmi 808 xəstə var idisə, dünən artıq bu rəqəm 4 mini keçib”.
Y.Qarayeva, bunun çox ciddi artım olduğunu diqqətə çatdırıb:
“Biz artıq çox ciddi şəkildə bütün qaydaların riayət olunmasına əməl etməliyik və buna yenidən qayıtmalıyıq. Ehtiyat tibb müəssisələrinin mövcudluğu bizi rahatlaşdırmamalıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay