Səhiyyə
16.08.2021 / 16:34
Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı - 1851 nəfər
17076
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.
Valyuta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan xəbər verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 369 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 327 nəfər müalicə olunaraq sağalıb, 5 170 nəfər vəfat edib, aktiv xəstə sayı 25356 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 695, ötən müddət ərzində isə ümumilikdə 4 220 135 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay