BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
16969

“Son günlər ölkəmizdə də koronavirusa yoluxanların sayında artımlar müşahidə olunur. Bütövlükdə, regionda virusun yeni dalğası qeydə alınmaqdadır. Aydındır ki, sərt karantin tədbirləri real sektordakı aktiviyi qorumaq baxımdan arzuolunan deyil”.

Valyuta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov səsləndirib. 

Onun sözlərinə görə, amma epidemioloji vəziyyətin necə dəyişməsi bu istiqamətdə qəbul ediləcək qərarlara birbaşa təsir göstərəcək:

“Bir sıra inkişaf etmiş ölkələrin, xüsusi Böyük Britaniyanın təcrübəsi göstərir ki, sərt karantin tətbiq edilməməsi üçün ən məqbul yol vaksinasiya səviyyəsini artırmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 5 milyon 607 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 2 milyon 320 min nəfərdir”. 

“Bloomberg”in son məlumatlarına istinad edən deputat bildirib ki,  Azərbaycanda əhalinin cəmi 28,1 faizi hər iki doza peyvənd olunub: 

“Göründüyü, tam vaksinasiya səviyyəsinə görə Azərbaycan Qazaxıstan ilə birlikdə MDB-də ilk yerləri bölüşsələr də, peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 fazilik tövsiyyəsindən aşağıdır”.

Millət vəkili vurğulayıb ki, ötən ilin yaz aylarında tətbiq edilən sərt karantin tədbirləri Azərbaycanda iqtisadiyyatın 20 fəaliyyət sahəsinə təsir göstərmişdi: 

“Onlardan 11-də fəaliyyətlərin tamamilə dayandırılması qeydə alınmışdı. Bu ilin 7 ayında 2.7 faizlik iqtisadi artım qeydə alınmasına isə fevral ayından sonra sərt karantin tədbirlərin yumşaldılmasının xüsusi təsiri oldu. Bu baxımdan, sərt karantinin tətbiq olunmaması və yoluxma sayının optimallaşdırılması üçün hər birimizin vaksinasiya prosesində fəal iştirakımız vacibdir. Yalnız qaydalara əməl etmək və peyvənd olunmaqla əvvəlki normal həyata qayıtmaq mümkündür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin