Səhiyyə
13.08.2021 / 10:21
Koronavirus qadınlarda sonsuzluq yaradır? - Mama-ginekoloq
16951
"Reproduktiv dövrdə COVİD keçirən qadınlarda sonsuzluq yaranması haqqında məlumat hələ sübut olunmayıb”.
Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva COVİD-in sonsuzluq yaratmasından danışarkən deyib.
Həkimin bildirdiyinə görə, COVİD ölümlə nəticələnirsə, reproduktiv dövrdə olan qadınlarda sonsuzluq yaratmaq ehtimalı da çoxdur:
"Bu 15 yaşdan 45 yaşa qədər olan qadınlarda müşahidə oluna bilər. Əgər bu müddət ərzində qadın COVİD-i ağır keçirdərsə, belə qadınlarda sonsuzluq yaranması ehtimalı var. Amma bunun sübut olunması lazımdır”.
Qeyd edək ki, Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov mətbuata açıqlamasında "koronavirus sonsuzluq yaradır” deyə bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay