Səhiyyə
11.08.2021 / 18:24
Ölkədə “koronavirusa yoluxanların sayı 2 min nəfəri ötdü
16898
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15518 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay