Təyyar Eyvazov: “Vaksinasiya prosesi bir qədər də sürətləndirilməlidir”
“Dünyada əhalinin əksər hissəsi daha çox birinci doza vaksin olunanlardır”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hansı ölkədə yüksək səviyyədə vaksinasiya varsa, orada yoluxma çox deyil:
“Hətta yoluxma çox olsa belə, ölüm sayları azdır. Məsələn, İsraildə 2000 yoluxma olsa belə, gündəlik ölüm sayı 7-8 olur. Belə böyük rəqəm üçün ölüm sayı azdır. Azərbaycanda da təxminən 5 milyondan artıq insan vaksinasiya olunub. İkinci doza peyvənd olunanların sayı 2 milyondan çoxdur. Təxminən 3 milyondan çox adam bir doza vaksin olunub. Təxminən 2 ay sonra iki doza peyvənd olunanların sayı 5 milyondan çox olacaq. Bu zaman vaksinin müsbət təsirlərini də daha yaxşı görə bilərik”.
Baş infeksionist deyib ki, bizdə yoluxma sayı artsa da, Türkiyə, Rusiya, Gürcüstanla müqayisədə daha idarəolunan vəziyyətdədir.
Onun sözlərinə görə, ciddi olaraq qaydalara əməl edilməli, vaksinasiya prosesini isə bir qədər də sürətləndirmək lazımdır:
“Hazırda yoluxma 1700-dən çoxdur, noyabr-dekabr aylarında yoluxma ilə müqayisədə ölüm sayı daha çox idi. Bu gün yoluxanların 90 faizdən çoxu peyvənd olunmayan şəxslərdir. Sual yaranır, bir halda ki, daha çox yoluxan peyvənd olunmayandırsa, ölüm sayı niyə azdır? Bunun səbəbi odur ki, vaksinasiya strategiyasında ilk olaraq risk qruplarında başlanılıb, yəni yoluxan zaman ölüm riski çox olanlar ilk olaraq vaksin olunub. Bütün tədbirlər, əhalinin maarifləndirilməsi insanların məsuliyyətini dərk etmələri üçündür”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay