Səhiyyə
06.08.2021 / 15:43
Azərbaycanda “COVİD-19”a yoluxma 1200 nəfəri keçdi: Ölüm sayı da artdı
16698
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Valyuta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan xəbər verilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib. 10 007 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, bu günə qədər isə ümumilikdə 4 094 565 test icra olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay