Həkim də COVİD testinin bahalığından şikayət etdi: “Mən də istəyirəm ki...”
"Bir vətəndaş kimi istəyirəm ki, testin qiyməti aşağı olsun, çünki mən də səfərə getmək istəyirəm”.
Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında tanınmış uroloq-cərrah Vasif İsmayıl xarici ölkəyə gedərkən Azərbaycanda COVİD-19-a qarşı tələb olunan testin qiymətindən danışarkən deyib. Həkimin sözlərinə görə, testin qiyməti bazar iqtisadiyyatı ilə müəyyənləşir:
"Bunu həmin laboratoriyanın sahiblərindən və sahibkarardan soruşmaq lazımdır. Testin qiyməti ilə bağlı ancaq sahibkarlarla danışmaq lazımdır. Vətəndaş nə edə bilər? Vətəndaş ancaq etiraz edə bilər ki, testin qiymətini aşağı salsınlar”.
Qeyd edək ki, Türkiyədə yaşayan azərbaycanlı soydaşımız, ictimai fəal Adil Səmədbəyli Azərbaycanda xarici ölkəyə gedərkən COVİD-19-a qarşı tələb olunan testin qiymətinin baha olduğunu bildirib:
"Sabah İstanbula uçmalıyıq. Referans klinikasında hər adama 75 manat test pulu tələb olunub. 4 nəfərə 300 manat test pulu aldılar. İstanbulda isə 4 nəfərə 120 manat tələb olunub”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay