BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
16404

Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.

Valyuta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib. 

Bildirilir ki, həyata keçirilən əməliyyat zamanı müəyyən olunub ki, Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.

Analoji hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib. Müəyyən olunub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov qeyd edilən müəssisədə tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da Ayaz Kərimov və Kəmalə Əliyeva tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənəd təqdim olunub.

Qeyd edilən hər iki faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Ömər Vəzirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Uzun fasilədən sonra iş həyatına necə qayıtmaq olar?

COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı (FOTO)

Azərbaycanda GES üzrə ilk hərrac elan edildi

Sair büdcə daxilolmaları 3 dəfə artıb

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Prezident: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir

QIWI-ni 2024-cü ilin sonuna qədər ciddi itkilər gözləyir

“Dojd” telekanalının baş direktoru dəyişdi

ADA-da COP29-la bağlı forum keçirilir, Prezident iştirak edir

Azərbaycanda siqaret istehsalı üçün yerli xammaldan istifadə şərt olacaq

Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir

Bakıda 29 dərəcə isti olacaq

Yeni dövlət rüsumu müəyyənləşir

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

İş təklifini rədd etmək üçün 7 səbəb

Süni torpaq sahələrində sahibkarlara güzəşt və təşviqlər tətbiq edilə bilər

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət etdi

Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv edilir

Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin