30.07.2021 / 16:20
Azərbaycanda daha 668 nəfər koronovirusa yoluxdu – Operativ Qərargah
16333
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Valyuta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan xəbər verilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5 022 nəfər vəfat edib. 5 442 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, bu günə qədər isə ümumilikdə 4 023 954 test icra olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay