BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
16316

Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yeni ştamlarının yüksək yoluxuculuq qabiliyyətinə malik olması və artıq bir çox dünya ölkələrində sürətlə yayılması ilə bağlı açıqlaması COVID-19 təhlükəsinin qarşıdakı aylarda da davam edəcəyini göstərir.

"Report" xəbər verir ki, Media Təhlil Mərkəzi tərəfindən mövzu ilə əlaqədar olaraq sorğu keçirilib.

Sorğuda iştirak edən 800 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib. Nəticələr göstərir ki, respondentlərin 54,3%-i koronavirusa yoluxmaqdan ehtiyat edir.

Virusa yoluxmaqdan qorxmayanlar sorğu iştirakçılarının 25,4%-ni təşkil etsə də, respondentlərin 15,9%-i artıq virusa yoluxduğunu, 4,4%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Bir neçə variant seçmək hüququna malik olan respondentlər "COVID-19 virusunun hansı ştamları daha təhlükəlidir?” sualına aşağıdakı kimi cavab veriblər:

Sars-Cov-2 – 6,1%;
Alfa (Britaniya) – 5,1%;
Delta (Hindistan) – 14,4%;
Delta+ – 14,6%;
Hamısı – 56%;
Heç biri – 24,4%.

Koronavirus pandemiyasının insanları hansı təhlükə və çətinliklərlə üz-üzə qoyduğunu öyrənmək məqsədilə verilən sualın cavabında respondentlərin 8,4%-i ərzağa və dərman vasitələrinə daha çox vəsait ayırdığını, 17,1%-i gəlirinin azaldığını bildirib. 

Cavab verənlərin 8,1%-i yaxınını itirdiyini, 3%-i iş yerindən ayrıldığını, 7,6%-i yığdığı pulları xərclədiyini, 47%-i planlarının təxirə düşdüyünü qeyd edib. Sorğu iştirakçılarının 8,8%-i üçün pandemiyanın heç bir təhlükəsi olmayıb.

Respondentlərin vaksinasiya prosesinə münasibətinə gəlincə, sorğu iştirakçılarının 51,5%-i artıq peyvənd olunduğunu, 13,1%-i qısa müddətdə vaksinasiya olunacağını qeyd edib. 

Cavab verənlərin 18,3%-i yalnız iş və ya səyahət üçün məcbur qaldığı halda peyvənd olunacağını, 11,1%-i bu barədə düşünmədiyini, 6%-i isə bütün növ peyvəndlərə qarşı olduğunu vurğulayıb.

Sonuncu sualla respondentlərin 59%-i üçün koronavirusun ciddi təhlükə olduğunu, 41%-i üçün isə o qədər də təhlükəli olmadığını müəyyənləşdirmək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avro və rubl bahalaşdı - Məzənnə

Şuşada 450 mənzilli kompleks tikilir - Video

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

Bakının 6 istiqamətində böyük dəyişiklik (TƏFƏRRÜAT)

“Azeri Light”ın qiyməti 90 dollara çatır

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin