BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
16256

“Son günlər yoluxma sayı artıb. Bu rəqəmlərdə bizi narahat edən 750 sayını görmək deyil. Çünki biz bu rəqəmdən də qat-qat yüksək göstəricilərin şahidi olmuşuq. Narahatçılığımız yoluxmada birdən-birə dirçəlişdir. Hazırki gedişatı nəzərə alsaq, payıza doğru rəqəmlərdə artım olacağı gözlənilir”.

Valyuta.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva son 1 gündə yoluxma sayının 300 nəfərə yaxın artması ilə bağlı məsələdən danışarkən deyib. 

Onun sözlərinə görə xeyli müddətdir ki, yoluxma sayında azalma və stabillik müşahidə edilirdi:
 
“İnsanlarda bir arxayınlıq yaranmışdı. Daha sonra epidemioloji duruma görə ölkədə yumşaldılma tədbirlərinə gedildi. Hansı ki, bunun nəticəsi hazırki yoluxma sayında özünü ifadə edir. Azərbaycanda olduğu kimi qonşu ölkələrdə də yoluxma sayı artır. Yeni ştammlar gəlir və onlar digərlərindən öz sürəti ilə fərqlənir. Bunlar isə bizi narahat edən məsələlərdir”.

Növbəti qapanmalara gəlincə, qurum rəsmisi qeyd edib ki, qısa bir müddətdə bunun proqnozunu vermək çox çətindir:

“Xəstəxanalarda da hazırda kifayət qədər çarpayı var. Qapanma qərarı gündəlik yoluxma sayına görə deyil, çarpayı doluluğuna görə verilir. Bu həddə çatana qədər kifayət qədər vaxtımız var ki, əhalinin böyük hissəsini vaksinasiyaya cəlb edək.

Bu şəkildə davam etsək, heç bir qapanmaya gərək qalmayacaq. Əgər yanvara qədər maska, sosial məsafə və gigiyena qaydaları ilə bağlı təbliğat aparırdıqsa, həmin aydan etibarən daha effektiv üsul olan vaksinasiya prosesi ilə bağlı tədbirlərə başlanıb. Artıq 6 aydır ki, vətəndaşların seçim imkanına 4 növ vaksin təqdim olunub”.

Onun sözlərinə görə, hazırda əhalinin 20 faizi hər iki dozadan peyvəndlənib ki, bu rəqəm qənaətbəxş deyil: 

“6 aylıq təcrübəmizdə də əmin olduq ki, vaksin olunmuş şəxslər yoluxsalar belə xəstəliyi yüngül əlamətlərlə keçirirlər. Böyük bir kütləni vaksinasiya edə bilsək, yoluxma sayı gündəlik rəqəmdən asılı olmayaraq heç bir məna ifadə etməyəcək. Çünki arxayın olacağıq ki, 60-70 faiz insan vaksin olunmuş şəxslərdir. Çarpayı, ağırlaşmış xəstə və vətəndaş itkisi problemi yaşamayacağıq. Bir daha, xüsusilə bu günlərdə rəqəmlərin sürətlə artdığı və gələcəyi heç cür proqnozlaşdırmadığımız bir dövrdə insanları özlərinin, eləcə də yaxınlarının sağlamlığı naminə peyvəndlənməyə səsləyirik”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan nefti dünya bazarlarında neçəyə satılır?

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını artırıb

BVF: Qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək artıb

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin