Səhiyyə
23.07.2021 / 11:30
TƏBİB: Ölkə üzrə 1007 tibb işçisinə psixoloji dəstək göstərilib
15974
"Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir".
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlimdə deyib.
O bildirib ki, pandemiya dövründə psixoloji dəstək üçün 1542 Psixoloji Dəstək Xətti vasitəsilə 1 122 şəxs müraciət edib:
"Onlardan 459-u koronavirus xəstələri olub. Sərt karantin dövründə əsəbilik və gərginliklə bağlı müraciətlər daha çox olub. Ailədaxili münasibətlər, depressiv vəziyyətlə bağlı da çox müraciət olunub. Bundan başqa, ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay