TƏBİB: Qazilər arasında intihar halları artıb
"Hazırda Türkiyənin ixtisaslaşmış psixoloqları ilə intiharlarla bağlı təlimlərə başlanılıb".
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlimdə deyib.
O bildirib ki, bundan sonra Təhsil Nazirliyi ilə birgə məktəblərdə, həmçinin hərbçilərlə əlaqədar müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır:
"Ətrafdakılar intihar düşüncəsi olanları necə yönləndirə biləcəyi ilə bağlı məlumatlı olmalıdır. Bəzən ətrafda yanlış yanaşma olduğu üçün intihar halları arta bilir. Koordinasiya halında çalışmaq belə hallarda ən vacib məsələdir. Hazırda Səhiyyə Nazirliyi, ƏƏSMN, "YAŞAT" Fondu ilə sıx əlaqədə çalışırıq".
O bildirib ki, Vətən müharibəsi dövründə regionlarda 19 xəstəxanada yaralılara psixoloji yardım göstərilib:
"Həmin müddətdə ümumilikdə 3 316 yaralıya psixoloji dəstək olunub. Təəssüf ki, qazilərimiz arasında intihar halları artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər".
N. Osmanlı qeyd edib ki, regionlarda mart ayından iyula qədər 353 şəhid ailəsi üzvlərinə, 686 hərbçiyə, 156 terror qurbanına psixoloji dəstək göstərilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay