Ağsuda 23 min vətəndaş vaksin olunub
Bölgələrdə COVİD-19 inveksiyasına qarşı vaksinasiya prosesi davam edir. Ağsu rayonunda bu günə qədər 23 min nəfər peyvənd edilib.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ağsu rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov deyib.
O bildirib ki, onlardan 13 600 nəfər artıq peyvəndin hər iki dozasını qəbul edib:
“Qalan 9 400 min nəfər isə birinci dozanı alıb, ikinci dozanı isə vaxtında qəbul edəcək”.
Direktor qeyd edib ki, insanlar vaksinasiya edilmək üçün kütləvi halda müraciətlər edirlər:
"Müraciətlərə baxılır, vətəndaş müayinə edilir, hər hansısa xəstəliyinin olub-olmaması yoxlanılır, sonra isə onun vaksin olunmasına qərar verilir. Ağsu rayonu üzrə bu günə qədər vaksin olunandan sonra əks təsirə rast gəlinməyib. Vaksinasiya demək olar ki, rayon üzrə yoluxmanın qarşısını alıb. Hazırda rayon ərazisində cəmi bir nəfərdə koronavirus testinin cavabı pozitiv çıxıb və o, vəziyyəti normal olduğu üçün evində karantinə götürülüb".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay