Səhiyyə
16.07.2021 / 16:42
Azərbaycanda daha 169 nəfər koronavirusa yoluxdu
15766
Azərbaycanda koronavirus infeksiyasına daha 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay