Səhiyyə
16.07.2021 / 12:25
Fərqli vaksin üçüncü dozada bədəndə hansı effekti yaradır? - AÇIQLAMA
15712
“Koronavirusa qarşı vaksinin üçüncü dozasının fərqli olması insan bədəninə müsbət təsir göstərir”.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
Deputat qeyd edib ki, üçüncü doza vaksinin eyni vaksin olması məcburi deyil:
“Üçüncü doz vaksinləmədə başqa vaksindən istifadə oluna bilərmi? Bu suala gəlincə dünya təcrübəsi onu göstərir ki, başqa vaksinlərdən istifadə etmək qarşılıqlı çarpaz reaksiyalarla immunitetin daha da güclənməsinə kömək edən xüsusiyyətə malikdir. Ona görə də tövsiyə olunur ki, məcburiyyət olmasa da fərqli vaksindən istifadənin gətirə biləcəyi üstünlüklərdən istifadə etmək daha məqbuldur”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay