Səhiyyə
15.07.2021 / 14:03
Azərbaycan əhalisi iyunda əczaçılıq məhsullarına 80 mln. manat xərcləyib
15666
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 433,9 mln. manat xərclənib.
Valyuta.az bildirir ki, "APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 35,7% artıb.
Cari ilin iyun ayında satışların həcmi 80 mln. manat təşkil edib ki, bu da may ayı ilə müqayisədə 14% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub, bu da illik müqayisədə 0,5 faiz bəndi çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay