Fərqli peyvənd dozaları nə zaman vurula bilər? - Açıqlama
İkinci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər.
Valyuta.az xəbər verir ki, açıqlamada, “Peyvənd sertifikatı”nın COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabını təsdiq etdiyi qeyd edilib.
Bildirilir ki, “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.
Açıqlamada, peyvənd vurdurmuş şəxsin vaksinin 3-cü dozasına ehtiyacı yaranması və “Buster doza”-nın nə olması barədə məlumat verilib.
“Buster (qüvvətləndirici) doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.
Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay