Ana ölümlərində həkim səhvi axtarmağa ehtiyac yoxdur - Adil Qeybulla
"Ana və uşaq ölümlərinin statistikası verilərkən konkret olaraq hansı situasiyalarda nə baş verdiyi dəqiq, detalları ilə açıqlanmalıdır”.
Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla 11 ildə Azərbaycanda qeydə alınan ana ölümlərinin statistikasından danışarkən deyib.
Onun sözlərinə görə, hamilələyin gedişinə nəzarət, sonra bütövlükdə ana və uşaq ölümlərinin əsas səbəbi - bütün bunlar ümumiləşdirilməlidir, analiz aparılmalıdır:
"Bir sıra hallarda hamilə qadınlar yanaşı xəstəliyi nəzərə almadan hamilə qalırlar. Hamiləliyin sonuna yaxın hər hansı bir fəsad ortaya çıxır, doğuş prosesində özünü göstərir ki, bu da ana ölümünə gətirib çıxardır. Yanaşı böyrək çatışmazlığı, Hepatit B, şəkərli diabet və s. Bütün bunlar araşdırılmalıdır. Ana ölümlərində həkim səhvi axtarmağa ehtiyac yoxdur”.
Adil Qeybulla bildirib ki, ana və uşaq ölümlərinin səbəbləri araşdırılmadan bu işlərin qarşısını almaq, profilaktik tədbirlər görmək mümkün deyil:
"Ana və uşaq ölümü ilə bağlı araşdırma aparanlar buna tam izahat verməlidir”.
Qeyd edək ki, son 11 ildə Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2010-2020-ci illərdə respublikada hamiləlik, doğuş zamanı və zahılıq dövründə ölən anaların sayı ümumilikdə 254 nəfər olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay