Səhiyyə
09.07.2021 / 16:35
Azərbaycanda koronavirusa yoluxma kəskin artdı
15377
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 336 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 668 nəfər müalicə olunaraq sağalıb, 4 982 nəfər vəfat edib, aktiv xəstə sayı 1312 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9947, ötən müddət ərzində isə ümumilikdə 3 831 673 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay