Risk qrupunda olan 12 yaşdan yuxarı uşaqlara “Pfizer” vurulmalıdır - TÖVSİYƏ
“ÜST koronavirusa qarşı 6 peyvəndi təsdiqləyib, həmin peyvəndlərdən birinin 12 yaşdan yuxarı şəxslərə tətbiq olunmasına başlanılıb”.
Valyuta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Uşaqların vaksinasiyası" mövzusunda çıxışında deyib.
O bildirib ki, bu, “Pfizer” vaksinidir:
“Bu, rahatlıqla uşaqlara vurula bilər. Hazırda digər vaksinlərin uşaqlara tətbiqi ilə bağlı araşdırmalar gedir. Təxminim odur ki, yaxın zamanda 2-3 peyvəndin uşaqlara vurulması mümkün olacaq. Əgər “Pfizer” vaksini əlçatandırsa, 12 yaşdan yuxarı, xüsusən risk qrupu olan uşaqlara vurulması tövsiyə olunur”.
O deyib ki, COVID 19-la bağlı risk qrupunda olan uşaqlar xroniki böyrək, ürək, ağciyər, qaraciyər xəstəlikləri olanlardır:
"Xüsusən ağciyərlərində problemi olanlar bu qrupa aiddir. Həmçinin COVID-lə bağlı 1 yaş altındakı uşaqlar da risk qrupudur, amma onlar üçün hazırda koronavirus əleyhinə dünyada təsdiqlənmiş peyvənd yoxdur. Amma Amerika artıq 12 yaşdan yuxarı uşaqlara “Pfizer” vaksinini vurur“.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay