Səhiyyə
09.07.2021 / 14:08
Baş nazir transplantasiya ilə bağlı qərarın formasını təsdiqlədi
15358
Baş nazir Əli Əsədov “Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin və tibb müəssisəsinin həkim komissiyasının qərarının Forması”nın təsdiq edilməsi haqqında qərar verib.
Nazirlər Kabinetindən Valyuta.az-a verilən xəbərə görə, qərara əsasən, “Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin Forması” və “Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinin həkim komissiyasının qərarının Forması” təsdiq edilib.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay