Səhiyyə
08.07.2021 / 16:44
Azərbaycanda koronavirusa yoluxma nə qədər artdı? - Operativ Qərargah
15292
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Valyuta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv xəstə sayı 1202 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8709, ötən müddət ərzində isə ümumilikdə 3 821 726 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay