BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
15263

Yay mövsümü isti havaya məruz qalmağın təsirləri ilə əlaqədar pediatrlara müraciətlərin sayında kəskin artım müşahidə olunur.

Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov deyib.

Ekspert bildirib ki, bu yay da istisna deyil: 

“Hazırki vəziyyəti və yay mövsümünün qızmar günlərinin hələ qabaqda olmasını nəzərə alaraq, uşaqları istivurmadan və onun ağır nəticələrindən mümkün qədər qorumaq üçün valideynlərə bir neçə tövsiyələr və məsləhətlər vermək istərdim. Məsələ burasındadır ki, bu problemlə bağlı elektron məlumatlar da daxil olmaqla, mediada bir çox fərqli informasiya mövcuddur”.

H.Qabulov vurğulayıb ki, lakin bu materialları təhlil edərkən, bəzi məqalələrin və tövsiyələrin tam düzgün olmadığı və hətta bəzən uşağa zərər verə biləcəyi ortaya çıxır:

“Təbii ki, açıq havada olmaq imkanından yararlanmaq sağlamlığın açarlarından biridir. Ancaq, eyni zamanda, isti günlərdə diqqətli olmağı unutmamalıyq. Belə ki, əgər uşaq uzun müddət istidə və ya günəş şüaları altındadırsa istivurma və ya günvurma baş verə bilər. Bu, olduqca təhlükəli bir vəziyyətdir və ilk növbədə beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir”.

Ekspert açıqlamasında istivurma və günvurma arasındakı fərqə də aydınlıq gətirib. Bildirib ki, istivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir: 

“Eyni zamanda, istivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur. İstivurmanın bir növü olan günvurma, günəş şüaların birbaşa baş nahiyəsinə məruz qalması nəticəsində olur. Hər iki vəziyyət o halda baş verir ki, uşaq uzun müddət istiyə (istivurmaya) və ya birbaşa günəş şüasına (günvurmaya) məruz qalır, bu da həyati orqanların funksiyalarının pozulmasına səbəb olur”.

Onun sözlərinə görə, istivurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, eyni zamanda istiliyin orqanizmə təsir müddətindən də asılıdır:

“İstivurmanın inkişafına təkan verən digər amillər arasında ətraf mühitin yüksək rütubəti, küləksiz hava, mayenin az qəbulu, günəş altında həddindən artıq fiziki fəaliyyət və s. qeyd etmək olar. Bol və yüksək kalorili qida məhsulları, piylənmə və ya artıq çəki (həddindən artıq dərialtı piyin olması istinin xarici mühitə ötürülməsini çətinləşdirir) də bədən isinməsinin inkişafına səbəb olan amillərdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin