Səhiyyə
07.07.2021 / 17:27
AYB-nin poliklinikası digər tibb müəssisinə birləşdirildi
15214
Azərbaycan Yazıçılar Birliyinin (AYB) poliklinikası başqa bir tibb müəssisəsinə birləşdirilib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi Şəxs Yazıçılar poliklinikasının ona qoşulması yolu ilə yenidən təşkil edilib.
Bununla yanaşı, mərkəzə daha bir neçə tibb müəssisəsi birləşdirilib.
AYB-nin mətbuat katibi Xəyal Rza bildirib ki, Yazıçılar poliklinikası səhiyyə ocağı olduğu üçün birliyin tərkibinə daxil olmayıb:
"Sadəcə Yazıçılar poliklinikasında yazıçılara, o cümlədən digər yaradıcı qurumların üzvlərinə müəyyən güzəştlərlə tibbi xidmətlər göstərilməsi nəzərdə tutulub. Poliklinika əvvəllər Səhiyyə Nazirliyinə tabe olub, indi isə Bakı Baş Səhiyyə Mərkəzinə qoşulub".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay