Səhiyyə
02.07.2021 / 13:16
Hakimlərin sayının artırılması nəzərdə tutulur - Vitse-spiker
15042
"Prezidentin müvafiq fərmanında hakimlərin sayının artırılması nəzərdə tutulur. Bu, hakimlərin iş yükünün azaldılması məqsədi daşıyır”.
Valyuta.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında vitse-spiker Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, bu ilin fevral ayında 44 yeni hakim təyin olunub:
“44 hakim hazırlıq mərhələsindədir. Hakimlərin seçilməsi prosesi davamlı şəkildə gedir. Ümumilikdə, Prezidentin fərmanın tətbiqi ilə bağlı 2 il ərzində çox ciddi işlər gedir. Bu ilin payızında hakim korpusunun sayı kifayət qədər artmış olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay