Ramin Bayramlı: “Səhiyyə islahatlarının yeni mərhələsindəyik”
Sitat: “Ölkədə səhiyyə islahatlarının yeni mərhələsindəyik”.
Valyuta.az APA-ya istinadən məlumat verir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı "PROACT-Care" layihəsi çərçivəsində Şamaxıda səyyar klinikaların təhvil-təslim mərasimində deyib.
O bildirib ki, Bakıda və regionlarda 750-də çox tibb müəssisəsi ya yenidən qurulub, ya da yenilərək istifadəyə verilib:
“Bu sahədə son 15 ildə çox işlər görülür. Eyni zamanda səhiyyə sahəsində kadr hazırlığı sahəsində işlər görülüb. Artıq kəmiyyətdən keyfiyyət mərhələsinə keçmişik. Bundan sonra keyfiyyət məsələsinə diqqət yetirməliyik”.
O qeyd edib ki, icbari tibbi sığorta layihəsinin başladılması yetərli deyil, eyni zamanda tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması əsas hədəfdir:
“TƏBİB-in yaranmasının əsas qayəsi bundan ibarət olub. Bəzən adımızı pandemiya ilə yan-yana çəkirlər, düşünürlər ki, pandemiya üçün yaranmış qurumdur. Ancaq pandemiya ilə mübarizə bəlkə də bizim fəaliyyətimizin kiçik bir hissəsidir. Əsas məqsədimiz ölkədə səhiyyə xidmətlərinin bütün sferalarının əlçatan olmasıdır. Səhiyyə xidmətləri bütövlükdə transformasiya olunmaqla növbəti mərhələyə hazırlanmalıdır. Ən mühüm hissəsi isə ilkin səhiyyə xidmətləridir.
O ölkələr pandemiya ilə mübarizə apara bildilər ki, onların qoruyucu səhiyyə xidmətləri yaxşı inkişaf edib. Ölkədə ilkin səhiyyə xidmətlərinin yeni sistemə transformasiyası, ailə həkimi institutunun formalaşması üçün çox mühüm proqram hazırlanır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay