BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
14893

Yaxın zamanlarda ölkədə mərhələli şəkildə karantin qaydalarında edilən yumşaldılmalar heç də COVID-19 təhlükəsinin sovuşması deyil. Azərbaycanda yoluxma sayında azalma müşahidə edilsə də, bir çox xarici ölkələrdə vəziyyət ürəkaçan deyil. Belə ki, artan yoluxma sayı həmin ölkələrin yenidən sərt karantin qaydalarına qayıdacağına zəmin yaradır. İnsanları bir sual düşündürür.

Xarici ölkələrdəki bu vəziyyət Azərbaycana necə təsir edəcək? Hazırda mövcud olan azalma tendensiyası artımla müşahidə edilə bilərmi?

Valyuta.az Cebhe.info-ya istinadən xəbər verir ki, TƏBİB rəsmisi, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov xarici ölkələrdə yoluxma hallarının Azərbaycana da təsir edə biləcəyini vurğulayıb.

Buna görə də Eyvazov insanlara vaxtında peyvənd olunmağı tövsiyə edir:

“Hazırda bəzi ölkələrdə yoluxma hallarındakı artım bir tərəfdən orada yaşayan insanların karantin - qoruyucu tədbirlərə etinasız yanaşması, digər tərəfdən isə həmin ölkələrdə vaksinasiyanın digərləri ilə müqayisədə daha az əhali kütləsini əhatə etməsidir. Hazırda virusun yeni xüsusiyyətlərə malik, daha çevik yayılma qabiliyyəti olan mutant variantları meydana gələrək dünyanı fəth etməkdədir.

Bu yeni ştamların insanların əvvəllər xəstələnərək təbii, peyvənd olunaraq süni şəkildə əldə etdiyi immunitetdən müəyyən qədər yayınma qabiliyyətinin də olduğu, infeksiyadan qoruyuculuğun daha yüksək səviyyəli anticisimlərlə təmin edilə bilməsi haqqında fikirlər formalaşmaqdadır.

Eyni zamanda infeksiyanın payız-qış mövsümündə təbii artımı istisna deyil. Bütün bu faktorları nəzərə alsaq, Azərbaycanda da yaxın gələcəkdə yoluxma hallarında artımın ola biləcəyi istisna edilmir. Buna görə arxayınlaşmayaraq bütün qaydalara düzgün əməl etmək və vaksinasiya prosesində fəal iştirak etməklə belə vəziyyətlərdən özümüzü müəyyən qədər sığortalaya bilərik”.

Qeyd edək ki, hazırda Gürcüstan, Rusiya, Ukrayna, İtaliya, Portuqaliya kimi ölkələrdə yoluxma təhlükəli həddədir. Qonşu Gürcüstanda vaksinasiya olunanların sayı olduqca azdır.

Maraqlıdır, baş infeksionistin dediklərini yeni qapanmanın anonsu kimi qəbul etmək olar?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, əgər qaydalara, həkimlərin dediklərinə əməl etməsək, yoluxma artacaq:

“Ona görə də məsafə saxlamaq, əl yumaq, qapalı yerlərdə maska taxmaq mütləqdir. Lakin bu məsələnin tək həlli deyil. Bakı şəhərində tozun miqdarı həddindən artıq çoxdur. Bu da müxtəlif xəstəliklərin, infeksiyaların yaranmasına səbəb olur. Daş karxanalarından çoxlu toz gəlirsə, karxanalarındakı texniki məsələ həll olunmursa, o zaman xəstəlikləri sağaltmaq da olmur.

Söhbət təkcə koronavirusdan deyil, ümumiyyətlə, infeksiyalardan gedir. Qayda-qanunlara tabe olmaq lazımdır. Bu qaydalar hərbi sistem deyil. İnsanların öz sağlamlıqlarını qorumağı deməkdir. Artıq 2 ilə yaxındır ki, həkimlərin, jurnaslitlərin vasitəsilə gecə-gündüz xalqımıza deyirik ki, sağlamlığınızı qorumaq üçün sinir sisteminizi, mədə-bağırsaq sisteminizi qoruyun.

Emosional, nevrotik danışıqlar yığışdırılmalıdır, xoş davranışlar qalmalıdır ki, bədənin immun gücü artsın. Baş infeksionistin dediyində həqiqət var. Bu dəqiqə natəmizlik olsa, qayda-qanuna əməl edilməsə, yoluxma sayı artacaq”.

Həkim qeyd edib ki, yoluxma sayında müəyyən dərəcə artımlar ola bilər:

“İnfeksiyaların xaricdən bizim ölkəmizə gəlməsinə vasitələr çoxdur. Yolların açılması, gediş-gəlişlərin bərpa olunması yoluxma sayını artıra bilər. Ona görə də həkimlərin dediyi sağlamlıq haqqında olan qaydalara tabe olmalıyıq. Bütün xəstəliklərdə profilaktika sözü var. Yəni virusdan qorunmaq üçün xəstələnməmək üçün peyvəndləməyə tabe olmalıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u neçə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin