Səhiyyə
30.06.2021 / 18:36
Şəhər poliklinikaları iki hissəyə bölünəcək
14878
Şəhər poliklinikaları iki hissəyə bölünəcək. İlkin səhiyyə xidməti göstərənlər bir poliklinikada, dar ixtisas sahibləri isə digərində cəmləşəcək.
Valyuta.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
Onun sözlərinə görə, burada əsas məsələ sahə prinsipinə əməl olunmasıdır. Belə ki, sahə pediatrları, terapevtlər və digərlərinə əlçatanlığın təmin olunması üçün onlar inzibati ərazi üzrə bərabər bölüşdürüləcək:
"Ailə Sağlamlıq Mərkəzi olmağa uyğun olmayan poliklinikalarda isə dar ixtisas sahibləri birləşəcək və öz rayonları üzrə tibb mərkəzlərinə tabe olacaqlar. O cümlədən Səbail, Yasamal və Nəsimi rayonlarının ərazisində yerləşən poliklinikaların dar ixtisas həkimləri Kliniki Tibbi Mərkəzə tabe ediləcək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay