Səhiyyə
30.06.2021 / 16:55
Azərbaycanda daha 86 nəfər koronavirusa yoluxdu
14871
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 336 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 219 nəfər müalicə olunaraq sağalıb, 4 974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3 749 303 test aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay