Həkim: Yanvarda peyvəndlənənlər ilin axırı yenidən peyvənd vurduracaq (VİDEO)
Pandemiya dövründə atılan addımların atılması, yəni maskadan istifadə, məsafənin saxlanılması, kütləvi tədbirlərdə ciddi işlərin görülməsi lazımdır ki, indiki dövrdə Delta variantının yayılmasının qarşısı alınsın.
Valyuta.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Elvin Hüseynov deyib.
"Nəzərə almaq lazım ki, peyvəndlənənlərin sayı da də get-gedə artır. Əhalinin peyvəndlənməsi nə qədər çox aparılsa, gümank ki, payızda IV dalğandan yan keçə bilərik. Lakin təhlükə yenə də mövcuddur”,- o bildirib.
Həkim onu da qeyd edib ki, peyvəndlənmə strategiyasının da II dövrünə qədəm qoyuruq:
"Peyvənd olunan şəxslərin qanında 8 aydan sonra anticismlər aşağı düşməyə başlayır deyə peyvəndləşmə strategiyasının da II dövrünə qədəm qoyuruq. İlkin olaraq yanvar, fevral ayında peyvəndlənmiş insanlar çox güman ki, ilin axırı və ya növbəti ilin əvvəli yenidən peyvənd dozaları almalıdırlar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay