Səhiyyə
30.06.2021 / 16:13
Mərkəz direktoru: “Həkimlər ixtisar olunmayacaq”
14859
“Bakı, Sumqayıt və Abşeronda yerləşən tibb müəssisələrində həyata keçirilən struktur dəyişiklikləri demək olar, başa çatıb”.
Valyuta.az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
Mərkəz direktoru bildirib ki, struktur dəyişikliyinin mövcud iş rejiminə heç bir təsiri yoxdur:
“Bir neçə tibb müəssisəsinin birləşməsi nəticəsində ixtisar olunma faktı yoxdur. Sadəcə müəyyən şöbələr birləşdirilərək optimallaşma prosesi gedir. Bir sözlə, ixtisar yoxdur və gələcəkdə də olmayacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay