30.06.2021 / 15:23
Bakı Baş Səhiyyə İdarəsi ləğv edildi: Yeni qurum yaradılır
14853
“Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır. Proses yaxın zamanlarda yekunlaşacaq”.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
O qeyd edib ki, ilkin səhiyyə xidmətinə aid olan strukturlar həmin tibb mərkəzində birləşəcəklər:
“Eləcə də 5 saylı Doğum evinin qadın məsləhətxanası da İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək. Mərkəzin tabeliyində olacaq poliklinikalardakı dar ixtisaslı həkimlər Kliniki Tibbi Mərkəzin tabeçiliyinə keçəcək. Nəticə etibarı ilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay