"Azərbaycanda 4-cü dalğa olmayacaq" - Gözlənilməz AÇIQLAMA
"Heç bir 4-cü dalğa olmayacaq. Dalğa oyunları ilə insanları stresə salmayın”.
Valyuta.az Sfera.az-a istinadən bildirir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib.
Həkim bildirib ki, Azərbaycanda cəmi bir epidemik alovlanma olub:
"Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu dalğa deyil. Dalğa odur ki, eyni karantin şərtlərində yoluxma artıb-azalsın. Bu baxımdan 4-cü dalğa proqnozu verənlər biraz düşünsün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artır. Yenidən insanları stresə salmaq olmaz”.
Mütəxəssis qeyd edib ki, bu cür hallar ciddi fəsadlar yarada bilər:
“Nə olacaqsa, olacaq. Situasiyaya uyğun davranılmalıdır. Yoxsa su gəlməmiş çırmanırıq yenə?”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay